Search for:
  • Ana səhifə/
  • İdman/
  • Hikki: “Rusiya ikinci Avropa Oyunlarının keçirilməsi üçün prioritet ölkə hesab edilir”.

Hikki: “Rusiya ikinci Avropa Oyunlarının keçirilməsi üçün prioritet ölkə hesab edilir”.

Paylaş:

42-ciparalel.az

Bu sözləri


Avropa Olimpiya Komitəsinin


prezidenti


Patrik Hikki




Çexiyanın


paytaxtı


Praqada


təşkilatın baş məclisinin iclasında deyib.



“İcraiyyə komitəsinin iclasında biz Avropa oyunlarının keçirilməsi məsələsi ilə bağlı bütün detalları müzakirə edirik. Biz bütün nəzərlərimizi 2019-ci ildə baş tutacaq ikinci Avropa Oyunlarına yönəltmişik”, -deyə Hikki bildirib.




Patrik Hikki – Avropa Olimpiya Komitəsinin prezidenti




Onun sözlərinə görə, birinci Avropa oyunları


Bakıda


uğurla baş tutudu. Hikki bildirib ki, oyunlar əvvəlcə 2019-ci ildə


Niderlanda


keçiriləcəkdi. “Amma bu dövlət müəyyən səbəblərə görə, yarışların keçirilməsindən imtina etdi. Rusiya avtomatik bizim prioritetimiz oldu”, – deyə Patrik Hikki bildirib.




Bir neçə gün əvvəl Rusiyanın idman naziri Vitali Mutko bildirmişdi ki, Azərbaycan hökuməti Avropa oyunlarının


Moskvada


keçirməsi ilə bağlı Rusiyaya müraciət etsə də müsbət cavab almayıb.




“Bakı bizdən Avropa Oyunlarını keçirməyi xahiş edib, çünki başqa heç bir ölkə buna razı olmur. Lakin biz də imtina etdik”, – deyə nazir jurnalistlərə açıqlamasında bildirib.




Lakin Azərbaycanın Gənclər və İdman Nazirliyi Mutkonun Rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu bildirib: “Daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək”.




Məlumatda bildirilir ki, heç bir halda Azərbaycan hökuməti və ya


Gənclər və İdman Nazirliyi


Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib.

Paylaş: