Search for:

Bank sektorunda ciddi ixtisarlara başlanıb

Paylaş:

42-ciparalel.az

Azərbaycanın bank sektorunda ciddi ixtisarlara başlanıb. Artıq bir neçə bankda ciddi ixtisarlara başlanılıb və sektorun aparıcı fiqurları bunu xərclərin optimallaşması kimi dəyərləndirirlər.



Bu barədə ilk danışan maliyyə naziri


Samir Şərifov


oldu. Maliyyə naziri bu ayın əvvəlində


Azərbaycan Beynəlxalq Bankında


ciddi islahatlar olacağını bildirdi. Onun sözlərinə görə, ABB-nin işçilərinin 30 faizə qədəri ixtisar olunacaq. ABB-də ixtisarların vacibliyini bir neçə ay öncə ABB-yə sədr seçilmiş Elmar Məmmədov da vurğulamışdı.




“Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm də real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.”-deyə Elmar Məmmədov bildirmişdi.






Elmar Məmmədov – ABB rəhbəri




Artıq buz tərpənib və digər banklar da ixtisarlar olacağı barədə bəyan etməyə başlayıblar. Əslində isə, bank sektorunda ixtisarlar bir neçə ay başlayıb. Məsələn, ölkə üzrə bankların yerli filiallarının sayı 2015-ci ilin 2-ci rübündə 763 olduğu halda, bu, 3-cü rübdə 758-ə düşüb. Yəni rüb ərzində 5 filial bağlanıb və təbii ki, həmin filialların əməkdaşları işsiz qalıb. Amma istənilən halda, bu, 30 faiz demək deyil. Belə görünür ki, banklarda daha geniş miqyaslı ixtisarlar gözlənilir.




Ölkə üzrə kredit qoyuluşları (milyon manat)


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Paylaş: