Search for:

Rusiyadan 47 ölkəyə uçmaq təhlükəli ola bilər

Paylaş:

42-ciparalel.az


Rusiya Federasiyası


aviaşirkətlərinə 47 ölkəyə hava uçuşları zamanı təhlükəsizlik tədbirləri artırmağı tövsiyə olunub. B


u ölkələr arasında


Azərbaycan


da var. Belə ki, 47 ölkəyə, o cümlədən,


ABŞ





Avropa


ölkələrinə Rusiya aviaşirkətlərinin aeroportlardan yerüstü xidmətlərdə ehtiyatlı olmağı tövsiyyə olunur.




Siyahıya Azərbaycanla yanaşı


Avstriya


,


Əlcəzair


,


Əfqanıstan


,


Böyük Britaniya


,


Almaniya


,


Yunanıstan


,




Misir


,


ABŞ


,


Türkiyə


,


BƏƏ


və s. ölkələr də var.




“İnterfaks” agentliyinin məlumatına əsasən, adı çəkilən ölkələrə Rusiya aviaşirkətlərindən xəbərdarlıq olunub. Xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər.


Həmçinin, tövsiyyə olunur ki, mümkün olduqda təyyarələrə texniki xidmətləri Rusiya aviaşirkətlərinin üzvləri həyata keçirsinlər, həmin ölkələrin aeroportlarında texniki xidmətlərdən istifadəni mümkün qədər məhdudlaşdırsınlar.



Rusiya aviaşirkətlərinə məxsus təyyarə


Bundan başqa, sərnişinlərə ehtiyatdan özləri ilə su və quru ərzaq götürmələri də məsləhət görülür.


Bu xəbərdarlıq Rusiyaya məxsus A 321 təyyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlıdır. Belə ki, bu il oktybarın 31-də Rusiyaya məxsus A 321 təyyarəsi


Şarm-əş-Şeyx





Sankt-Peterburq


reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.



Sinay yarımadası – təyyarənin qəzaya uğradığı yer


Cari ilin noyabrın 10-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün 45 təhlükəli ölkələrin siyahını dərc edib. Siyahıda Azərbaycanın da adı var.


Təhlükəli ölkələrin siyahısına


Əfqanıstan


,


Burundi


,


Mərkəzi Afrika Respublikası


,


Tunis


,


Çad


,


Qvineya


, və digərləri daxil edilib. Siyahıda ən təhlükəli ölkə isə hazırda vətəndaş müharibəsinin davam etdiyi dövlət


Suriya


hesab olunur.


Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.


Paylaş: