Search for:

Ana olmaq asandır, bəs övlad böyütmək necə?

Paylaş:

42-ciparalel.az

Yenicə dünyaya göz
açmış uşaq, sözsüz ki, nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Bunun üçün
valideynlərin, əsas da ananın bəzi şəyləri bilməsi vacibdir. Bu, uşağın gələcəyi
üçün çox önəmlidir.

1. Təzə
doğulmuş körpəni ilk doğuş kalı (nəcis) çıxmamışdan öncə yedirtmək olmaz ( təxmini
24 saatdan sonra ).
2. Yeməkdən
sonra körpəni sağ böyrü üstə qoyun. Çünki südəmər uşaqlarda qaraciyər təxmini
qarının yarısını tutur. Əgər körpəni sol böyrü üstə qoysanız, qaraciyər mədəyə
təzyiq göstərəcək və bu da uşağın narahatlığına səbəb olacaq. Ürəkbulanma və
hıcqırıq vərəcək. (böyüklərdə qaraciyər bədənin 0, 027%-ni təşkil ədirsə, körpələrdə
bu rəqəm 0,042%-dir.)
3. Uşağı
qucaqda və ya beşikdə olmasından asılı olmayaraq yırğalamaq olmaz.
4. Yənicə
doğulmuş körpəni 2-3 həftə işığa çıxarmaq olmaz. Bundan əlavə uşaq çarpayısını
qaranlıq yərdə saxlamaq lazımdır, çünki işıq narahatlıqla yanaşı göz xəstəliyi
də yarada bilər.
5. Uşağı eyni
qolda ( adətən sol qolda ) saxlamaq olmaz. Bu zaman uşağın sol qolu daha yaxşı
inkişaf ədəcək ( çünki hərəkətdə azaddır ).
6. Körpəyə
əmzik ( soska ) vermək, o olmadıqda barmağını çeynəməyə icazə vərmək olmaz. Bu
çıxacaq dişlərin formasına təsir ədir, onlar qabağa doğru əyilirlər, bütün
bunlar dodaqların formasını da dəyişir.
7. Uşağı erkən
vaxtdan ayaq açmağa ( yeriməyə ) məcbur etmək olmaz. Bu bərkiməyən ayaqların əyilməsinə
gətirib çıxara bilər.
8.
Vaxtından əvvəl danışdırmaq və daha çox söz öyrətmək olmaz. Bu gələcəkdə nitqdə
və əsəb sistəmində problemlərə səbəb olur.
9. Körpəyə
ipək parçadan paltar geyindirmək olmaz, çünki ipək hava mübadiləsinə maneə yaradır.
Hava paltardan rahat keçməli və buxarlanma da bədənin ətrafında yığılmamalıdır.
İpək isə bunu tənzim etmir.
10. Südəmər
vaxtdan körpəyə anasının və ya qucağında saxladığı kimsənin üzünə vurmağa və ya
böyüklərin üzünə gülməyə icazə vərməyin. Bununla uşağı davaya sövq etmiş
oluruq.
11.
Uşağın həşərat, bitki, quş və heyvanlara olan münasibətinə diqqət yetirmək
lazımdır. Əgər o onları öldürür, quşların qanadlarını qırır, bitkiləri məhv edir,
pişiklərin quyruğunu yandırırsa, bu gələcəkdə başqalarına əzab verməni
formalaşdırır. Uşağı rəhmsiz edir. Bütün bunlar valideynlərə qarşı da çevrilmiş
olur.
12. Südəmər
vaxtlardan uşaqları spirtli içkilərə öyrəşdirmək qadağandır. “Bir qədəhlə ona heç
nə olmaz” və ya “bu onu daha da bərkidir” sözləri isə bir müddət sonra uşağın
spirtli içkilərə olan marağı ilə nəticələnə bilər.

Paylaş: