Search for:

Oğlu ömürlük həbs edilən deputatın qardaşı dünyasını dəyişdi

Paylaş:

42-ciparalel.az

Dünyasını dəyişən Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir.


Azərbaycanda


millət vəkilinə ağır itki üz verib. Deputat


Hüseynbala Mirələmovun


qardaşı Əlirza Mirələmov dünyasını dəyişib.



Rəşad Mirələmovun törətdiyi cinayətlə bağlı baş prokurorluq


29 mart 2013-cü ildə məlumat yaymışdı.


Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib.


İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.


Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir.


Paylaş: