“Liverpul” “Kristal Pelas”la oyunda məğlub oldu
42-ciparalel.az
İngiltərə Premyer Liqasının
12-ci turu çərçivəsində
“Liverpul” klubu
öz meydanında
“Kristal Pelas”ı
qəbul edib.
Oyun “Enfild” stadionunda baş tutub.
Matça gəlincə, oyunda hesab 21-ci dəqiqədə açılıb. Bolazi Yannik adını tabloya yazdırıb. Meydan sahiblərinin cavabı isə 42-ci dəqiqədə gəlib. Felipe Koutinyo Adam Lallananın ötürməsini qola çevirərək oyunda hesaba tarazlıq gətirib. Ancaq, Skott Denninin 82-ci dəqiqədə vurduğu qol “Liverpul” azarkeşlərinin kefinə “soğan doğrayıb”. Beləliklə, “Liverpul” – “Kristal Pelas” oyunu sonuncuların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyundan sonra “Liverpul” klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 1 pillə geriləyərək, hal hazırda 10-cu yerdə qərarlaşıb. “Kristal Pelas”a gəlincə, 2 pillə irəliyən “Kristal Pelas” hal hazırda 8-cidir.