Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
İran səfirliyinin
Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə Xanım
Zeynəbin (s.ə.)-nın həyat hekayəsindən bəhs edən “Kərbəla Qəhramanı Zeynəb” (s.ə.) adlı tamaşa keçirilib.
Xanım Zeynəbin (s.ə.)
ölüm yatağında olduğu gecə xatırladığı hadisələrdən bəhs edən tamaşa bədii
üslubda tarixin səhifələrini özündə əks etdirib. Kərbəla hadisəsi, Şamın
xarabalığı, Mədinəyə qayıdan əsirlərin Ümmülbənilə qarşılaşması və yanan
çadırlarda Rüqəyyənin (s.ə.) fəryadını təqdim edən tamaşa gözəl musiqi
tərtibatı, səhnə dekorasiyası və məddahların rövzə və mərsiyələri ilə Xanım
Zeynəbin (s.ə.) son gecəsini tərənnüm etdirməyə çalışıb.
Tamaşa Aytən
Şərifova və Mehdi Dərbəndinin
rejisorluğu ilə hazırlanıb . Xanıb Zeynəb (ə)-nın yaşdı rolunda Gülnarə Əliyeva, Xanım Zeynəbin cavanlıq rolunda Aytən Şərifova, Ümrə rolunda Lalə Kərimli ,
Ümullbəni rolunda Vüsalə Cəfərova, İmam Hüseyin rolunda Nəzərli Fuad, Əbəlfəz rolunda Mahir Ağayev , Şimir Rolunda
İsə Nicat Əhmədov və digər səhnələri də
bölüşdürən aktiyor və aktirisalar bu
tamaşada rol almışdılar. Tamaşadan sonra
İran Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. İbrahim İbrahimi tamaşa haqqında
öz müsbət fikirini bildirdi. Bundan sonra isə İrandan gəlmiş tanınmış rejisor Xeyrulla Təqyan isə tamaşa haqqında
öz fikirlərini bildirdi .