Tarix test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi olub
42-ciparalel.az
Tarix fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) seminarda Bakı və
Sumqayıt
şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin “Skype” proqramı vasitəsilə TQDK-nın
Gəncə
, Şəki,
Şirvan
,
Göyçay
və
Ağcabədi
regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri iştirak ediblər.
Test tapşırıqları (A variantı, 51-60 saylı, B variantı, 51-53, 55, 56, 61, 62, 66, 68, 69 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Noyabrın 12-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.