Search for:

İlham Əliyev Gürcüstana gəldi

Paylaş:


42-ciparalel.az

Prezidenti qonşu ölkəyə aparan təyyarə Şota Rustaveli adına hava limanında enib.


Prezident


İlham Əliyevin


Gürcüstana


rəsmi səfəri başlayıb.

İlham Əliyevi


Şota Rustaveli adına hava limanında


Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrine İmereşvili və Prezident Aparatının rəhbəri David Pataraya qarşılayıblar.


Sonra dövlət başçısı


Heydər Əliyevin




Tiflisdə


ucaldılmış abidəsini ziyarət edib, abidə önünə əklil qoyub. İlham Əliyev həmçinin Tiflisin Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət edib.


Səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, və geniş formatda görüşləri baş tutacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bəyannamənin imzalanması nəzərdə tutulur.


İki ölkə prezidentləri mətbuata bəyanatla çıxış edəcəklər.


İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.


Rəsmi səfər zamanı İlham Əliyev


Marneulidə


yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.


Səfər noyabrın 6-da başa çatacaq.


Paylaş: