Search for:

“Bavariya” “topçuları” qol atəşinə tutdu (VİDEO)

Paylaş:


42-ciparalel.az

Münhenin “Bayern” klubu Londonun “Arsenal” klubunun qapısından 5 top keçirib.


Çempionlar Liqasının


“F” qrupunda yer alan


Münhenin “Bayern” klubu


öz meydanında


“Arsenal”ı


qəbul edib.

“Bayern” – “Arsenal” matçı


“Alyans Arena”da


keçirilib.


Oyuna gəlincə, matça daha aktiv başlayan meydan sahibləri, artıq 10-cu dəqiqədə qol istəklərinə çatıblar. Robert Levandovski Tiaqo Alkantaranın asmasından sonra topu başla Petr Çexin qoruduğu qapıdan keçirib.


“Pivəçilər” bir daha 29-cu dəqiqədə londonluları məyus ediblər. Bu dəfə Tomas Müller adını tabloya yazdırıb. Birinci hissənin əsas vaxtının tamamına 1 dəqiqə qalmış isə, Alaba gözəl qola imza ataraq, “Bayern”in “Arsenal” üzərində üstünlüyünü 3 topa yüksəldib.


Ancaq bu da oyunda vurulan son qol olmayıb. Meydana yenicə çıxan Aryen Robbenin topa ilk toxunuşu qolla nəticələnib. “Arsenal”ın buraxılmış qola cavabı 69-cu dəqiqədə Jirudan gəlib o Aleksis Sançesin ötürməsindən sonra akrobatik zərbə ilə topu Noyerin qoruduğu qapıdan keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Tomas Müller qoyub. Beləliklə, “Bavariya” “Arsenal” matçı “pivəçilərin” 5:1 hesablı qələbəsi ilə başa çatıb.


Ötən tur


Londonda


baş tutan “Arsenal” – “Bayern” matçında isə “topçular” 2:0 hesabı ilə qalib gəlib. Oyunda vurulan qollara gəlincə, 77-ci dəqiqədə Olivye Jiru, oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə, Məsut Özil fərqlənib.


4 turdan sonra “Bavariya” klubu 9 xalla “F” qrupuna liderlik edir. “Arsenal” isə 3 xalla 4-cüdür.


“Bayern” – “Arsenal” oyunu


Paylaş: