Search for:

Nərimanov rayonunda partlayıcı qurğu aşkarlanıb

Paylaş:



42-ciparalel.az

Bakıda qumbara tapıldı.


Fövqəladə Hallar Nazirliyinin


Böhran Vəziyyətlərində Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.



Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Baxış keçirilən zaman məlum olub ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd


“F-1”


markalı əl qumbarasıdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib. Lakin adıçəkilən ərazidə başqa şübhəli əşya aşkar edilməyib.




Sursat aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 14:30-da başa çatıb.




Bu ilk hal deyil. Belə ki, daha öncədə paytaxtın müxtəlif yerlərində


silah-sursat


aşkarlanıb. Son olaraq sentyabr ayında tullantıların çeşidlənməsi zavodu ərazisində sursat aşkarlanıb.




Nərimanovda isə ilin əvvəlinə


qumbara


müəyyən edilib.

Paylaş: