Baş Prokurorluqdan qalmaqallı həbs barədə açıqlama
42-ciparalel.az
Ölkəni tərk etməyə çalışan şəxs Elşad Abdullayevin bacısı oğlu olub.
Baş Prokurorluq
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin bacısı oğlunun saxlanılmasının səbəbləri açıqlayıb.
Bəzi kütləvi informasiya vasitələrində Azad Mürsalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir: “Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq aparılan cinayət işi üzrə Azad Mürsalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək üçün müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Elşad Abdullayev-sabiq rektor
Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə Azad Mürsalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.
Qazax rayon
Polis Şöbəsində sərhəd keçməsinə qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”.
Ötən gün axşam ABU-nun sabiq rektoru, hazırda
Fransada
Fransada
mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunması barədə xəbərlər yayılıb.
Bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb.
Daha əvvəl Elşad Abdullayev barəsində
Azərbaycanda
cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi sabiq rektor barədə həbs-qətimkan tədbiri seçilməsinə dair hökm çıxarıb. O isə ölkəni tərk edərək
Fransaya
qaçıb və bu ölkəyə sığınıb.