Search for:

Nazir bu şəxsləri işdən azad edəcək

Paylaş:

42-ciparalel.az

Prezidentin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” fərmanının icrasına başlanılıb.


“Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın”. B


unu energetika naziri


Natiq Əliyev


nazirliyin bu gün keçirilən kollegiya iclasında deyib. Nazirin sözlərinə görə dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır.




“Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır. Yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər. Kimsə vəzifə səlahiyyətlərini aşaraq, qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək, işdən azad ediləcək”.




Nazir Natiq Əliyev həmçinin qeyd edib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən həyata keçirilən nəzarət funksiyasından ancaq dövlətin xeyrinə istifadə olunmalıdır.




Prezident


İlham Əliyev


“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” fərmanı oktyabrın 20-də imzalayıb.




Daha əvvəl Vergilər nazirliyi də bu cür adddım atıb.




Vergilər naziri


Fazil Məmmədov


illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.




Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident


İlham Əliyev


dövlət qurumlarının sahibkarlıq subyektlərində apardığı yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini bildirmişdi: “Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir”.





Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclası

Paylaş: